Skip to Main Content

Middle East, North Africa, Türkiye, South Caucasus & Central Asia: Azərbaycan: WoS CC

Bu təlimat portalının məqsədi, Web of Science platformasına aid önəmli məlumatları Azərbaycanca təqdim etməkdir.

Web of Science Core Collection Nədir?

Core Collection, Web of Science platformasındakı ən əsas resursumuzdur və elmi və akademik tədqiqatlar üçün dünyanın etibarlı istinad indeksidir.

"Web of Science Core Collection" (WOS CC) elm, sosial elmlər, incəsənət və humanitar elmlər daxil olmaqla 250-dən çox istiqaməti əhatə edən, redaksiya heyətinin qiymətləndirməsindən keçmiş, dünya miqyasında nəşr olunan 22,000-dən çox yüksək keyfiyyətli akademik jurnalı (Open Access jurnallar da daxil olmaqla) əhatə edir. WOS CC həmçinin konfrans materialları və kitab məlumatlarını da əhatə edir.

"Web of Science Core Collection"-ı unikal edən nədir? WOS CC indekslərində yer almaq üçün Clarivate tərəfindən seçilmiş bütün jurnallar üz qabığından başlayaraq son səhifəyədək bütün informasiya indekslənir. WOS CC üçün seçilən jurnallar 28 seçim meyarı dəstindən ibarət tələbləri qarşılamalıdır. Web of Science Core Collection üçün jurnalların qiymətləndirmə prosesi unikaldır. Redaksiya qərarları nəşriyyat və ya tədqiqat institutlarına heç bir mənsubiyyəti olmayan daxili ekspert redaktorlar tərəfindən həyata keçirilir. Bu yanaşma qiymətləndirmədə ola biləcək potensial qərəzliyi və ya maraq toqquşmasını aradan qaldırır.

İndekslər

Web of Science Core Collection minlərlə elmi jurnal, kitab, kitab seriyası və konfranslardan toplanmış məlumatları ehtiva edən on indeksə malikdir.
 
Jurnal İstinad İndeksləri

1. Science Citation Index Expanded - SCIE
"Science Citation Index Expanded", elmi jurnallar üçün multidissiplinar indeksdir. SCIE-də indekslənmiş məqalələrin bütün istinad edilmiş ədəbiyyat siyahısı da indeksə daxil edilir. Bu indeksdə olan jurnallar 1900-cü ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir.

2. Social Sciences Citation Index - SSCI
"Social Sciences Citation Index" sosial elmlər istiqamətində jurnal ədəbiyyatı üçün multidissiplinar indeksdir. SSCI-də həmçinin dünyanın aparıcı elmi və texniki jurnallarının fərdi seçilmiş, müvafiq məqalələri də indekslənir. Bu indeksdə olan jurnallar 1900-cü ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir.

3. Arts & Humanities Citation Index - A&HCI
"Arts & Humanities Citation Index", incəsənət və humanitar elmlər istiqamətində jurnallar üçün çoxşaxəli indeksdir. Bu indeksdə həmçinin aparıcı elm və sosial elm jurnallarından fərdi olaraq seçilmiş, müvafiq məqalələr indekslənir.

4. Emerging Sources Citation Index - ESCI
2015-ci ildə "Emerging Sources Citation Index" istifadəyə verildikdən sonra bu indeksə əhatə dairəsi 2005-ci ildən başlayan minlərlə jurnal əlavə edilib. ESCI beynəlxalq və geniş əhatəli nəşrlərdən tutmuş daha spesifik regional və ya ixtisas sahəsini əhatə edən müxtəlif sahələr daxil olmaqla demək olar bütün tədqiqat sahələrini əhatə edir.


Konfrans Materialları İndeksləri

1. Conference Proceedings Citation Index - Science (CPCI-S)
Bu istinad indeksi bütün elmi və texniki sahələrdən olan konfrans ədəbiyyatını əhatə edir. Bu indeksdə olan konfrans buraxılışları 1900-cü ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir.

2. Conference Proceedings Citation Index - Social Sciences & Humanities (CPCI-SSH)
Bu istinad indeksi sosial elmlərin, incəsənətin və humanitar elmlərin bütün sahələrindən olan konfrans ədəbiyyatını əhatə edir. Bu indeksdə olan konfrans buraxılışları 1900-cü ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir.


Kitab İstinad İndeksləri

1. Book Citation Index-Science - BKCI-S
2. Social Sciences & Humanities - BKCI-SSH
Kitab istinad indeksləri elm, sosial elmlər və humanitar elmlər ədəbiyyatı üçün multidissiplinar indeksdir. Bu indeksdə olan kitablar 2005 - ci ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir. Kitab istinad indesklərinə yalnız son 2 ildə nəşr olunmuş kitablar üçün müraciət edilə bilər.


Kimyəvi İndekslər

1. Current Chemical Reactions - CCR Expanded
CCR aparıcı jurnallardan və patentlərdən götürülmüş tək və çox mərhələli yeni sintetik üsulları özündə ehtiva edir. Hər bir metod üçün ümumi reaksiya axını, hər bir reaksiya mərhələsinin ətraflı və dəqiq qrafik təsviri ilə birlikdə təmin edilir. Bu indeksdə olan metod və data 1985 - ci ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir.

2. Index Chemicus - IC
IC indeksi aparıcı beynəlxalq jurnallada verilən yeni üzvi birləşmələr üçün strukturlar və kritik dəstəkləyici məlumatları ehtiva edir. IC, eyni zamanda bioloji aktiv birləşmələr və təbii məhsullar haqqında yeni məlumatların mühüm mənbəyidir. Bu indeksdə olan informasiya 1985 - ci ildən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir.